Azərbaycan Xalq Hərəkatının Bakıda təyin etdiyi yürüşə razılıq verilmədi

HADİSƏ 18 iyl 2019, 23:22

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-nə təyin etdiyi yürüşlə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və yürüşün keçirilməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, yürüşün “AMAY” Ticarət Mərkəzindən Xətai Rayon İcra hakimiyyətinin binasına qədər keçirilməsi nəzərdə tutulurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top