Xaçmazda yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 01 avq 2023, 00:13
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Bakı prospektindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal bürosunun xəbərinə görə, "Mercedes" markalı minik avtomobili ilə "VAZ-21014" markalı minik maşınının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qayıbov Vüsal Bəxtiyar oğlu, 2000-ci il təvəllüdlü Yaqubov Süleyman Rahim oğlu və 2002-ci il təvəllüdlü Mustafayev Cavid Cəfəroviç müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top