Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftə nümayəndə heyəti ilə bərabər Şimali Koreyaya səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası "KCNA" məlumat yayıb.
Məlumata görə, Rusiya nümayəndə heyəti Koreya müharibəsindən sonra elan edilən atəşkəsin 70-ci ildönümü tədbiri çərçivəsində paytaxt Pxenyanda keçiriləcək mərasimə qatılacaq.
Şimali Koreyada “Qələbə günü” kimi qeyd olunan tədbirlərdə Rusiya ilə yanaşı, Çindən də böyük nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, bu həftə Şimali Koreyada genişmiqyaslı hərbi parad gözlənilir.
Aysu
Demokrat.az