Türkiyədə 99 miqrant saxlanıldı

DÜNYA 20 iyl 2023, 16:10
Türkiyənin Ədirnə vilayətində ölkəyə qeyri-qanuni yollarla daxil olan daha 99 miqrant saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, Bölgə Təhlükəsizlik Xisməti qrupları insan qaçaqçılığı ilə əlaqədar işlərini davam etdirir.

Bu çərçivədə polisin şəhər daxilində həyata keçirdiyi əməliyyatla 20 nəfər qeyri-qanuni immiqrant saxlanılıb.

Jandarma tərəfindən 1-ci dərəcəli hərbi qadağa zonasında aparılan başqa bir araşdırmada isə 79 miqrant aşkar edilib.

Suriya, Əfqanıstan, İraq, Banqladeş və Mərakeş vətəndaşları olan bu şəxslər tutularaq Miqrasiya İdarəsinə göndərilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top