Eldar Sabiroğlu: “Müxalifətli-iqtidarlı hər kəs birləşib düşmənə son zərbəni vurmalıyıq”

HƏRBİ 19 iyul 2023, 23:38
“Artıq 3-cü Qarabağ savaşı başlayıb. Düşmənə qarşı tam səfərbər vəziyyətdə olan Ordumuz sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirərək erməni faşizminin başını əməlli-başlı əzir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, ehtiyyatda olan polkovnik Eldar Sabiroğlu bildirib.

O deyib ki, dörd günlük savaşda düşmən 100-ə yaxın canlı itki vermiş, xeyli sayda zenit-raket artilleriya qurğuları sıradan çıxarılıb:

“Qorxaq erməni əsgərləri  ikinci Qarabağ müharibəsi zamanı vuruşdan imtinanı bu dəfə də təkrar edərək döyüş meydanlarında texnikanı, 10 ədəd T90 tankını buraxıb qaçmışlar. Erməni silahlı birləşmləri "bezbaş" Paşinyan hakimiyyətinin istefasını təkidlə tələb edir. Belə bir şəraitdə bütün Azərbaycan, müxalifətli-iqtidarlı hər kəs  dövlətin ətrafında birləşərək düşmənə son zəbəni vurmalıyıq”.


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top