Cənubi Koreyada tuneldən 13 cəsəd çıxarılıb

DÜNYA 17 iyl 2023, 19:59
Cənubi Koreyanın mərkəzi Cheongju şəhərində su basmış tuneldən 13 cəsəd çıxarılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, şənbə günü axşam ölkədə baş verən yağıntılar nəticəsində yeraltı keçidi su basıb. 

Səlahiyyətlilər 685 metrlik tuneldə neçə nəfərin qaldığını hələ açıqlamasa da, orada 15 avtomobilin olduğunu bildiriblər. 

Tuneldəki sərnişinlərin axtarışını davam etdirən xilasedicilər bu gün 13 cəsəd çıxardıqlarını bildiriblər. 

Bununla da, ölkə daxilində güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top