"Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderlikləri və iradələri sayəsində iki qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında ciddi əməkdaşlıq imkanları və ortaqlıqlar mövcuddur".
Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurmdan olan deputatı, çıxardığı üsyana görə 1925-ci ildə edam edilmiş kürd lideri Şeyh Saidin nəvəsi, professor Abdürrahim Fırat Demokrat.az-a müsahibəsində deyib.
Geniş müsahibəni təqdim edirik:
— Abdürrahim bəy, Türkiyə İsveçin NATO üzvlüyünə "yaşıl işıq" yandırmaqla hansı dvidentləri əldə etdi?
— Vilnüsdəki NATO sammitində Türkiyə və İsveç arasında razılıq əldə olunması həqiqətən Prezident Rəcəb Tayyib Ərdoğanın dünya lideri olduğunu və güclü siyasətini bir daha göstərdi. Çünki bu razılaşmanın əldə olunmasının Türkiyəyə qısa müddətdə çox qazancları olacaq. Xüsusilə Türkiyə Avropa İttifaqına üzv olması ilə bağlı müzakirələrin başlaması yönündə həm İsveçin, həm də ABŞ-ın güclü dəstəyini əldə etdi.
Həmçinin, hazırda ölkəmizin əleyhinə olan Avropa İttifaqının Gömrük Birliyinin yenilənməsi ilə bağlı da ortaq iradə meydana gəldi. Bununla yanaşı, Türkiyə ilə Avropa İttifaqı arasında sərbəst viza rejiminin tətbiq olunması və ABŞ-dan "F-16" qırıcı təyyarələrinin alınması ehtimalı da çox gücləndi.
Üstəlik, rəsmi Ankara ABŞ və digər müttəfiqlərlə işbirliklərini inkişaf etdirir. Əvvəlki dövrlərdə Türkiyənin NATO-nun hər təlimatını və tələbini qarşılaması Qərbdə alışqanlığa səbəb olmuşdu. Amma Prezident Rəcəb Tayyib Ərdoğanın dönəmində onun güclü liderliyi və iradəsi ilə Qərb və NATO Türkiyənin də tələblərini nəzərə alır. Ərdoğan ölkəmizin gücünü ortaya qoyur. Məhz bunun sayəsində İsveçin terrorla mübarizə və orada "Qurani-Kərim"in yandırılması ilə bağlı məsələlərdə də irəliləyiş əldə olundu. Amma Türkiyə İsveçin NATO-ya üzvlüyünə qəti olaraq qərar verməyib. Türkiyə Böyük Millət Məclisinin oktyabr ayındakı növbəti iclasına qədər İsveç məlum məsələlərlə bağlı prosesi yekunlaşdıracaq.
— Sizcə, ermənilərin Qarabağdakı son təxribatları Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma prosesinə necə təsir edəcək?
— Həqiqətən də İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan arasında formalaşan sülh imkanlarını pozmağa yönəlik təxribatların olduğunu hamımız müşahidə edirik. Ermənistanda "Nemezis" abidəsinin açılması, bayraqların yandırılması təxribatları və Azərbaycan əsgərlərinin şəhid edilməsi bizi məyus edib.
Həmçinin, bunların olması üçün Zəngəzur dəhlizinin açılması və Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına da təhdid yaradır. Belə təxribatların baş verməsi dövlətlər arasındakı razılaşmaları zədələyir və etimadın azalmasına səbəb olur. Hazırda erməni diasporunun çox güclü bir şəkildə Ermənistan dövlətini yönləndirdiyi və bu prosesləri sabotaj etdiyini görürük. Əslində, Azərbaycan, Ermənistan və Türkiyə arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və hüquq çərçivəsində yeni razılaşmalara mane olmağa hədəfləyən bu təxribatlara qarşı diqqətli olmalıyıq. Düşünürəm ki, hər zaman sülhə şans yaratmaq lazımdır.
— Bəs Türkiyə və Azərbaycan qarşıdakı dönəmdə hansı sahələrdə yeni əməkdaşlıqlara imza ata bilər?
— Cənab İlham Əliyev ilə cənab Rəcəb Tayyib Ərdoğanın güclü liderlikləri və iradələri sayəsində iki qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında ciddi əməkdaşlıq imkanları və ortaqlıqlar var. Bu istiqamətdəki işbirliyi hazırda uğurla davam etdirilir. Məncə, hərbi, müdafiə sənayesi, kosmos, nanotexnologiya və neft-qaz sahələrində daha güclü ortaqlıqlar formalaşa bilər. Hətta, Türkiyənin ilk yerli elektromobil markası olan "Togg"un Azərbaycanla ortaq istehsalı belə gündəmə gələ bilər.
Azərbaycan isə Türkiyədə yeni neft emalı zavodu aça və ölkəmizdən keçən təzə qaz xətləri çəkə bilər. Həmçinin, Türk respublikaları arasında Beynəlxalq Valyuta Fonduna (BVF) bənzər bir bank və ya maliyyə qurumu yaranması gözəl olar və çox ciddi fayda gətirər.
Ümumiyyətlə, iki qardaş dövlətin bütün sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsini gözləyirik. Bunu asanlaşdırmaq və irəliyə aparmaq üçün də əlimizdən gələni etməliyik.
— Azərbaycandan və Türkiyədən olan bəzi siyasətçilər çağırışlar edir ki, qardaş Türkiyənin Azərbaycanda hərbi bazası yaradılsın. Bu, nə qədər realdır?
— Qanunlara görə, Türkiyənin Azərbaycanda hərbi baza qurması üçün Azərbaycan dövləti, xalqı və parlamentinin tələbi olmalıdır. Türkiyə Böyük Millət Məclisinin (TBMM) də bunu təsdiqləməsinin ardından mümkün ola bilər. Məncə, Türkiyə və Azərbaycan orduları yaxından əməkdaşlıq edərək, özlərini daha da inkişaf etdirmələridirlər. Türkiyə Ordusunun təcrübələrini qardaş Azərbaycan Ordusunun əsgərləri ilə bölüşməsi və birlikdə ortaq layihələrin formalaşdırılması bizi də məmnun edər. Çünki bu bölgənin sabitliyə qovuşmasına ehtiyac var. Xüsusilə, tarixi "İpək yolu"nun və Zəngəzur dəhlizinin açılaması bölgəyə ciddi bir zənginlik gətirəcək. Bu yolun nəqliyyat gəlirlərinin təxminən 150-200 milyard dollar kimi yüksək məbləğlər olacağını düşünsək, bu iki ordunun işbirliyi etməsinin bölgəyə sülh və sabitlik gətirəcəyi qənaətindəyəm.
— Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə "Taxıl sazişi" növbəti dəfə uzadıla bilərmi?
— Əslində, "Taxıl sazişi" Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri ilə yaxın dostluğunun "meyvəsi" idi. Həqiqətən, üçüncü dünya ölkələri və digər dövlətlərə taxıl qiymətləri üzərindən spekulyasiyaya əngəl olan və qiymətləri normal saxlayan bir saziş idi.
Düzdür, son dönəmlərdə müəyyən sıxıntılar oldu. Ona görə də "Taxıl sazişi"nin müddətinin uzadılmama riski var. Amma inanıram ki, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi, eləcə də onun Vladimir Putin və Volodimir Zelenski ilə dostluğu bu problemi həll edəcək. Əks təqdirdə, insanların qidaya əlçatanlığı cəhətdən ciddi problemlər meydana gələcək. Bu problem isə dünyanın bütün ölkələrinə təsir göstərəcək.
Həmçinin, qida inflyasiyası kimi ciddi bir problem daha da böyüyə bilər. Bütün bunlara baxmayaraq, hər üç Prezidentin ortaq məxrəcə gələrək, bu problemi hansısa formada həll edəcəklərinə inanıram.
Elmir Kamal
Demokrat.az

Abdürrahim Fırat Türkiyə Prezidenti R.T.Ərdoğanla