BNA-dan dayanacaqlarda avtomobil saxlayanlara XƏBƏRDARLIQ

SOSİAL 11 iyl 2023, 12:51
Bakı Nəqliyyat Agentliyi avtobus dayanacaqlarında avtomobil saxlayanlara xəbərdarlıq edib.

Demokrat.az
xəbər verir ki, qurumun məlumatına görə, “Yol hərəkəti haqqında" qanuna əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 yol nişanına 15 metrdən az yaxınlıqda avtomobillərin dayanma və durması qadağandır.

“Dayanacaq məntəqələrində avtomobilləri park etmək, xüsusən avtobusların dayanacağa yan alması və sərnişinlərin minib-düşməsinə ciddi şəkildə əngəl yaradır.

Qeyd edək ki, bu xətalar qanunverciliklə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməyinizi xahiş edirik”, - deyə məlumatda qeyd olunur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top