Mehdiabad sakini aliment borcuna görə öldürülüb

HADİSƏ 10 iyn 2023, 22:37
İyunun 10-də saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top