Qənirə Paşayeva Qazaxıstana səfər edəcək

SİYASƏT 10 iyn 2023, 13:03
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 12-də Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Millət vəkili Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində deputatımız, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.

Səfər iyunun 19-da başa çatacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top