Mehman Əliyev: "Hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır"

MEDİA 07 iyn 2023, 13:51
"Mən jurnalistlərə mənzillərin verilməsinin əvvəldən əleyhinə olmuşam və bu gün də mövqeyim dəyişməyib".

Bu fikirləri Demokrat.az-a açıqlamasından "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. 

O bildirib ki, bu layihə Əli Həsənovun dövründə işə salındı:

"Əli Həsənovun dövründə bu təcrübə jurnalistləri ələ almaq üçün işə salınmışdı və faktiki olaraq da jurnalistlərin hamısını ələ aldılar. Sonra hakimiyyət başa düşdü ki, Əli Həsənovun ev layihəsi zərərli ideyadır". 

Mehman Əliyev jurnalistlərə ev verilməsi ideyasının səhv addım olduğunu söyləyib:

"Bu gün elə jurnalistlər var ki, məndən 2-3 qat çox maaş alır. Ümuniyyətlə, beynəlxalq səviyyədə də jurnalistlərə evin verilməsi yaxşı qarşılanmır".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top