Şəmkirdə bacısını öldürən qardaşdan XƏBƏR VAR

KRİMİNAL 05 iyn 2023, 17:07
Şəmkir rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, qətl hadisəsi Şəmkir rayonunun Sabirkənd kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

İstintaq orqanı tərəfindən Şaiq Şəriflinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top