Dəhşətli dava — 8 polis güllələndi

HADİSƏ 05 iyn 2023, 14:56
Türkiyədə silahlı insident nəticəsində 8-i polis olmaqla 12 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Konya vilayətində baş verib.

İki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb və silahlı davaya çevrilib.

Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Qruplara müdaxilə etməyə çalışan 8 polis işçisi və daha 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top