Zelenski Rusiyaya qarşı sanksiyalardan yayınan ölkələrə qarşı tədbir görəcək

DÜNYA 04 iyn 2023, 23:42
Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasının təhlili ilə bağlı iclas keçirib.

Bu barədə Zelenski "Telegram" kanalında videomüraciət yayımlayıb.

Görüşdə Ukrayna kəşfiyyatının və hökumətinin nümayəndələrinin iştirak etdiyi bildirib.

“Biz Rusiyanın sanksiyalardan necə yan keçdiyini və ona kimin kömək etdiyini ətraflı təhlil etdik”, - deyə Ukrayna lideri bildirib.

Zelenski deyib ki, Kiyevdə sanksiyalardan yayınanların hər bir hərəkəti izlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top