Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gəlib

DÜNYA 04 iyn 2023, 19:05
Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Bu  barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top