Ukraynadan gələn dəstələr Rusiya ərazisinə daxil olub — Belqorodda döyüş gedir

DÜNYA 04 iyn 2023, 18:32
Rusiyanın Belqorod vilayətindəki Novaya Tavoljankada məntəqəsində Rusiya qoşunları ilə Ukraynadan gələn hərbi qruplaşama arasında döyüş gedir.

Azpost.info bildirir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov canlı yayımda bildirib.

Qubernator deyib ki, Ukraynadan hərbi dəstələr vilayətə daxil olub.

Qladkovun sözlərinə görə, onlar tutduqlarıəsirlərlə bağlı danışıq aparmaq üçün qubernatoru danışıqlara çağırıblar.

Belqorod qubernatoru “Rusiyanın Azadlığı” və “Könüllü Legionerlər” silahlı birləşmələrinin çağırışını qəbul edib, onlarla görüşə gedəcəyini açıqlayıb. Lakin görüş yeri kimi təyin edilən “Novaya Tovaljaka” kilsənin ətrafında hazırda ağır döyüşlər başlayıb.

Ötən həftə Ukraynanın təxribat-kəşfiyyat qrupu sərhədi pozaraq Qrayvoron rayonu ərazisinə daxil olub. Bundan sonra Belqorod vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Belqorod vilayətinin hakimiyyət orqanlarının məlumatına görə, DRQ-nin hərəkətləri nəticəsində 13 nəfər xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top