Ekspert: "Taksi sürücüləri qiymətlərdən, sərnişinlər isə keyfiyyətdən narazıdırlar"

İNFRASTRUKTUR 03 iyn 2023, 15:43
Azərbaycanda taksi fəaliyyətində narazılıq birtərəfli deyil, sürücülər aşağı qiymətdən, sərnişinlər isə aşağı keyfiyyətdən narazıdırlar, ona görə də bu sahənin tənzimlənməsinə ehtiyac var.

Demokrat.az xəbər verir ki, bunu açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

"Son vaxtlar taksi sürücülərindən narazılıq məsələsi aktualdır. Bəzi taksi şirkətlərində keyfiyyətin aşağı olması ilə bağlı şikayətlər daxil olur. Həmçinin, taksi kimi istifadə olunan avtomobillərin salonlarının pis vəziyyətdə olması, sürücülərin ünvanı tanımaması da şikayətlər sırasındadır. Sürücülər isə daşıma qiymətlərinin sərf etməməsindən çox narazıdırlar. Aqreqatorların müəyyən etdiyi qiymət sürücülərin istismarına, gün ərzində daha çox - təxminən 25 səfər etməsinə gətirib çıxarır. Bu, isə yekunda riskləri artırır və nəticə olaraq daha çox qəzaların yaşandığını görürük. Artıq insanlarda bir markaya xüsusi fobiya yaranıb. "Toyoto Prius" sürücüləri təhlükəli sürürlər", - deyə o qeyd edib.

"Taksi fəaliyyəti qanunvericiliklə tənzimlənməlidir. Bu tənzimlənmələr sürücülərin də hüquqlarını və sosial təminatlarını qorunmaq şərtilə həyata keçirilməlidir. Nəticədə sərnişinlərə daha yüksək səviyyəli keyfiyyət təmin edilməldir. Bundan başqa, şəhərin ümumi mobillik planı tərtib olunmalıdır və planda çeşidli növlərin inkişafı, məsafəyə görə fərqli nəqliyyat növləri təklif olunmalıdır", - deyə ekspert əlavə edib.

Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top