Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

İNFRASTRUKTUR 07 may 2025, 14:30
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Demokrat.az-a  ADY-ya istinadən xəbər verir.

Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 00:21
Top