Kürdəmirdə mikroavtobusla avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ 03 iyn 2023, 15:20
Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı avtomobilin sürücüsü Əliyev İlham Hümbət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusla toqquşub.

Nəticədə mikroavtobusda olan iki nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Həsənov Orxan Xalid oğlu, 1976-cı il təvəllüdlü İmanzadə Natiq Əli oğlu və "Toyota Prado"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top