Taksi xidmətlərində keyfiyyət və təhlükəsizlik tənzimlənməlidir

İNFRASTRUKTUR 03 iyn 2023, 14:13
Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir.

Demokrat.az
xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

"Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir. Yəni, çoxlu sayda faktlar var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Hətta bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də, xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var".

İqtisadçı həmçinin deyib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir: "İnkişaf etmiş ölkələrdə olduğu kimi taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm ki, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Çünki bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir".//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top