Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

HADİSƏ 03 iyn 2023, 12:45
Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top