Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim etdi — FOTOLAR

SOSİAL 03 iyn 2023, 00:06

Gənclər və İdman Nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib. Qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir. Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir. 

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur.

Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə 20 ilə yaxın zəngin təcrübəsi vardır və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək inkişafına dəstək olacaq. 

Qeyd edək ki, maskot apreldə də keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı. Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər.
Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib. 





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top