PSJ Messinin komandadan ayrılacağı ilə bağlı məlumatı təkzib edib

İDMAN 02 iyn 2023, 00:14
Fransanın PSJ klubu Lionel Messinin komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

"Report"un məlumatına görə, Paris təmsilçisinin yaydığı açıqlamada baş məşqçi Kristof Qaltyenin səsləndirdiyi fikirlər təkzib olunub.

Bildirilib ki, 57 yaşlı mütəxəssis vəziyyəti düzgün ifadə etməyib: "O, "Klermon"la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub".

Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top