Ramil İskəndərli: “Qarabağa geri qayıdış sürətlə həyata keçirilir”

QARABAĞ 31 may 2023, 18:21
"Keçmiş məcburi köçkünlərin Laçın rayonuna qayıdışı əlamətdar hadisədir. Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Azərbaycan Prezidenti Böyük Qayıdışa dair Birinci dövlət proqramı barədə Sərəncam imzalamışdı. Bu Sərəncama əsasən proqramın tədbirlər planı qəbul edilib”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib.

Ramil İskəndərli deyib ki, həmin tədbirlər planına əsasən Laçına qayıdış həyata keçirilir:

“Beynəlxalq standartlar baxımından onu qeyd etmək olar ki, dövlət proqramı Ümumdünya İnsan Hüquqları bəyannaməsində nəzərdə tutulan hərəkət hüquqları çərçivəsində, eyni zamanda BMT-nin ölkə daxilində köçürülmüş şəxslərlə bağlı rəhbər prinsiplərində nəzərdə tutulmuş normalara uyğun həyata keçirilir. Belə ki BMT-nin rəhbər prinsiplərinə əsasən məcburi köçkünlərin qayıdışı zamanı ərazilərdə şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin tikintisi, hər kəs üçün əlçatan infrastrukturun təmin edilməsi, dayanıqlı inkişafın təminatı nəzərdə tutulmalıdır.

Biz görürük ki, bu qayıdış zamanı ölkə başçımız bir neçə infrastruktur layihələrinin açılışında və məcburi köçkünlərə evlərin açarının təqdim edilməsində iştirak edib. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Qarabağa geri qayıdış tam sürətlə həyata keçirilir. BMT-nin rəhbər prinsiplərində də qeyd olunduğu kimi qayıdışın könüllü və azad şəkildə, təhlükəsizlik şəraitində, ləyaqətlə baş tutduğunu müşahidə edirik".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top