Dövlətdən 400 min qrant alan QHT sədri niyə narazılıq edir? — Bu pulların sərfiyyatı araşdırılmalıdır

SOSİAL 28 may 2023, 12:57
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəsinin nəticələrinə etiraz edən və Prezident Administrasiyası qarşısına şikayətə gələnlərdən biri də "Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevadır. 

Demokrat.az
-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, təkcə bu xanım son bir neçə ildə dövlət qurumlarından 400 minə yaxın qrant vəsaiti alıb.

Güya dövlət qurumlarında “ictimai nəzarəti” həyata keçirən Zülfiyyə Nuriyevanın fəaliyyətində ayrıca nəzarətə ehtiyac var.

Misal üçün, bu xanım son 5 ildə Agentlikdən 70 min manatdan artıq qrant alıb. Özü də stabil olaraq 9 min manat. Bu vəsaitlə nə edib, nə iş görüb, bilinmir. Əlavə olaraq yenə də ona məxsus olan "Gənclərin Həmrəyliyi" İctimai Birliyi yüksək məbləğdə qrantlar alır və bu da son deyil. 

Əldə etdiyimiz məlumata görə, Zülfiyyə Nuriyevanın sədri olduğu "Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi həm də nazirliklərdən birindən müqavilə əsasında müxtəlif layihələrin icrasına təkcə 2022-ci ildə 150 min manat alıb, 2023-cü ildə də eyni məbləğdə vəsaitin verilməsi nəzərdə tutulub.  

Necə yaşaması, zəngin olub-olmaması barədə heçnə deyə bilməsək də, 
xanımın sürdüyü maşının ən azı 50 min qiyməti var. 

Təbii ki, aldığı vəsaitlərin sərfiyyatı araşdırılsa, kifayət qədər yeyinti-pozuntu faktları üzə çıxacaq. 

İnsan abır-həyasına qısılmaq yerinə, hələ digər QHT rəhbərlərinə də zəng edib, onları etirazlar üçün təşkilatlanmağa çalışır. 

Necə deyərlər, şüşəli evdə oturub, ona-buna daş atır. Faktı gizlətmək mümkün deyil və həqiqət həmişə üzə çıxır. 

Yaxşı olar ki, Zülfiyyə Nuriyeva dövlət qurumlarından aldığı yüz minlərlə qrant vəsaitinin şəffaf hesabatını versin! 


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top