Bu gün Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək

GÜNDƏM 28 may 2023, 00:27
Bu gün Türkiyədə prezident seçkisinin ikinci turuna start veriləcək.

Seçkidə iki rəqib var, biri Cümhur İttifaqının prezidentliyə namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, digəri isə Millət İttifaqının prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludur.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Parlament seçkisində Cümhur İttifaqı 323 yerlə parlamentdə çoxluq qazanıb.

Prezident seçkisinə gəlincə, ilk turda Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

Ata İttifaqı siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Rəcəb Tayyib Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50%+1 səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb.

Sinan Oğan ikinci turda Rəcəb Tayyib Ərdoğanı, Ata İttifaqında təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top