Azərbaycan klubunun hər futbolçusuna 7 min manat mükafat veriləcək

İDMAN 27 may 2023, 23:56

Azərbaycan Premyer Liqasının 36-cı turunda öz meydanında “Şamaxı”ya qalib gələrək (1:0) elitada mövqeyini qoruyan “Səbail” böyük məbləğdə mükafatlandırılacaq.

Oxu.Az xəbər verir ki, klub rəhbərliyi komandanın hər bir futbolçusuna 7 min manat mükafat verəcək.

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, əvvəlcədən 5 min manat mükafat qoyulub. Ancaq matçdan sonra xahiş edib ki, məbləğ artırılsın. Bundan sonra mükafat 7 min manata yüksəldilib.

Ş.Diniyev sözügedən matçdan sonra mətbuat konfransında deyib: “Dedilər, nə qədər istəyirsiz, olsun. Futbolçular buna layiqdirlər”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top