Aşıq Əli: "Pul verib kökəlirəm, niyə arıqlayım?"

ŞOU-BİZNES 26 may 2023, 18:06
"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə mənim bədənimə bıçaq dəyməlidir ki?!"

Demokrat.az
Axşam-a xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu deyib.

Bir müddət əvvəl arıqlayan, indi yenidən çəki alan ifaçı arıqlamaq fikrinin olmadığını deyib:

"Bu boyla mən 60 kiloqram ola bilmərəm. Həkimlər pis başa düşməsin. Mənim öz fikrimdir. Allah şahiddir əməliyyat etdirməmişəm. Hər zaman deyirəm: pul verib kökəlirəm, niyə pul verib arıqlayım? Pul verib yeyirəm, halal qidalar alıram, gəzirəm. Sonra deyim, al, bu 10 mini, məni kəs, doğra və arıqlat".



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top