Azərbaycan Prezidenti Paşinyanı yerinə oturtdu — VİDEO

GÜNDƏM 25 may 2023, 19:35
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən və xüsusi qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib.

Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturdub.

“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözə Ermənistanın baş naziri Nikol Paşinyanın önəm verdiyi qədər əhəmiyyət vermirlər”, - deyə dövlət başçısı bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top