Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

MALİYYƏ 24 may 2023, 19:40
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixindən 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank”ın lisenziyası 17 may 2023-cü il tarixindən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə Bank müflis elan edilib və barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top