Ayda naviqasiya sistemi yaradılacaq

DÜNYA 24 may 2023, 00:30
"Ayda Yerdəkinə bənzər naviqasiya sistemi yaradılacaq".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Yer Məkan Kəşfiyyat Agentliyinin direktoru Frank Uitvort deyib:

“Gələcək ziyarətçilər Ayın səthində Yerdəki GPS qədər dəqiq məkan tapa biləcəklər. Həmin sistem Ay səthindəki insanları istiqamətləndirəcək”.

Uitvort hazırda bu sistem üzərində çalışdıqlarını söyləyib.

O, bənzər naviqasiya sistemlərinin inkişaf etdirilməsi üçün işlərin aparılacağını da bildirib.

Sistem GPS kimi naviqasiya imkanlarını dəstəkləyən və dəqiq enlik, uzunluq və zaman məlumatlarını təmin edən funksiyanı yerinə yetirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top