Üzərliktəpədə böyük arxeoloji materiallar TAPILIB

MƏDƏNİYYƏT 23 may 2023, 16:56
Qarabağın işğaldan zad olunmuş ərazilərində genişmiqyaslı işlər aparılır.

Demokrat.az
xəbər verir ki, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib.

O bildirib ki, keçən il Ağdamda 4 min illik qədim şəhər yeri olan Üzərliktəpədə 8 ay davam edən arxeoloji qazıntı işləri görülüb və 2400 kv. metrdən artıq ərazi tədqiq olunub:

"Nəticələr barədə yaxın zamanda ictimaiyyəti ətraflı məlumatlandıracağıq. Oradan həddən artıq böyük arxeoloji materiallar tapılıb. Şəhərin tikinti və təsərrüfat qalıqları var. Metaləritmə sobalarının, keramik qablar hazırlamaq üçün sobaların qalıqları aşkarlanıb. İlk dəfə 1950-ci illərdə Üzərliktəpədə qazıntı işləri aparıb. Lakin o vaxtın qazıntısı ilə indiki təbii ki, bir deyil. İndi texnologiya həddən artıq müasirləşib. Biz artıq müasir avadanlıqlarla torpağın altında tikinti qalıqları olub-olmadığını görürük".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top