Güclü leysan və dolu Naxçıvana ziyan vurub

HADİSƏ 23 may 2023, 15:00
Mayın 18-də saat 22:00-da Naxçıvan Muxtar Respublikasına güclü leysan yağıb, dolu düşüb.

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildiriblər ki, fərdi yaşayış evlərini, təsərrüfat binalarını, yolları və zirzəmiləri su basıb.

Təbii fəlakət Naxçıvanın bir sıra digər rayonlarına da təsir edib, infrastruktur və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Köhnə adamların sözlərinə görə, Naxçıvanda heç zaman belə leysan və dolu olmayıb.

Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi videolarda təbii fəlakətin şiddətini görmək olur. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top