Azərbaycanda Türkiyə prezidenti seçkisinin ikinci turunun səsverməsi başa çatıb

GÜNDƏM 23 may 2023, 00:23
Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda prezident seçkisinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.

Məlumata görə, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.
Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq.

Qeyd edək ki, türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs veriblər. Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır.

Xatırladaq ki, Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top