Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlandı — YENİLƏNİB

HADİSƏ 22 may 2023, 10:47
Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a bildirilib ki,  bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.




***
09:52


Qobustanda ağır yol qəzası olub, 5 nəfər ölüb.


Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top