“Ərdoğan millətimizin ürəyindəki namizəddir” — Baxçalı

REGİON 21 may 2023, 10:18

“Ərdoğan millətimizin ürəyindəki namizəddir”.

Demokrat.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Adıyamanda çıxışı zamanı deyib.

"28 maydakı seçkidə iki namizəd var, amma millətimizin ürəyindəki namizəd Ərdoğandır. İndiyə qədər edilən xidmətlərin davam etdirilməsi üçün 28 may seçkiləri daha çox əhəmiyyət kəsb edir. 6 fevral zəlzələləri tarixə heç bir ölkədə görülməmiş bir fəlakət kimi yazılıb. Burada ölkəmizin 50 mindən çox övladı şəhid olub. Onlara Allahdan rəhmət diləyirəm. Cəmiyyət olaraq çox düşünüb əhəmiyyətli bir qərar verə biləcək vəziyyətdə olmalıyıq”, - deyə Baxçalı bildirib.//Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top