"Elektroenergetika haqqında" qanun TƏSDİQLƏNDİ

GÜNDƏM 19 may 2023, 15:31
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Demokrat.az
xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.

Bu Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top