ABŞ-da defolt: Azərbaycanda dollar bahalaşacaq?

MALİYYƏ 19 may 2023, 11:48
“ABŞ-da bank sektorunda problemlər vaxtaşırı olur. Çünki bu ölkədə azad bazar iqtisadiyyatı var, zəiflər gedir, güclülər qalır”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O, son günlər ABŞ-da defoltun baş verməsi ilə bağlı mütəxəssislərin həyəcan təbili çalması fonunda Azərbaycanda dolların bahalaşması ehtimalına münasibət bildirib:

"Bu cür hadisələr ABŞ üçün tam normal haldır. Nəzərə alsaq ki, bu gün bütün dünyada böhran var, deməli, ABŞ-a da təsir edəcək. Amma bu defoltun dollara ciddi təsir edəcəyini gözləmirəm. Hər bir halda ABŞ iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyyatıdır və yaxın 10 ildə bu tendensiya davam edəcək. ABŞ dolları da dünyanın ən möhkəm ehtiyat valyutası kimi nüfuzunu qoruyub saxlaya biləcək”.

İqtisadçı əmin edib ki, defoltun Azərbaycana mənfi təsiri yoxdur:

“Çünki aktivlərimiz dollar müqabilində satılır və valyuta ehtiyatlarımız artıb. Buna görə də defoltun Azərbaycana hansısa təsiri olmayacaq. Lakin Azərbaycan dövləti və Dövlət Neft Fondu ABŞ-da bağlanan banklarda pul saxlayıdırlarsa, problem yarana bilər.

Mənə elə gəlir ki, Azərbaycan dövləti, Dövlət Neft Fondu və Mərkəzi Bank bu aktivləri yüksək səviyyədə saxlayırlar. Ona görə də riskin olacağını gözləmirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top