Yük maşınının aşması nəticəsində onlarla heyvan tələf oldu

REGİON 16 may 2023, 23:27
Türkiyədə yük maşınının aşması nəticəsində 50 başdan çox qoyun tələf olub.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, qəza Türkiyənin Mersin vilayətində baş verib.

Xırdabuynuzlu mal-qara daşıyan maşın idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə dərhal polis və xilasetmə qrupları gəlib.

Qəza nəticəsində 50 başdan çox heyvanın tələf olduğu bildirilib.

Qeyd edək ki, sürücünün vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top