Çavuşoğlu: Türkiyənin hər zamankındən daha çox sabitliyə ehtiyacı var

REGİON 13 may 2023, 12:18
“Türkiyənin hər zamankındən daha çox sabitliyə ehtiyacı var. Təkcə bölgəmizdə deyil, dünyada da problemlər çoxdur”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, seçkilər əslində ölkənin sabitliyi üçün əhəmiyyətlidir: “Türkiyədə seçkilər hər zaman şəffaf olub. Xarici müşahidəçilər də artıq Türkiyədədir”.

Nazir CHP lideri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına da münasibət bildirib: “Dünən də Kılıçdaroğlunun belə iddiaları var. Əvvəlcədən müdaxilə varmış kimi bir abu-hava yaratmaq qəbuledilməzdir. Biz seçkilərə nə Qərbin, nə Rusiyanın qarışmasını istəyirik. Qarışa da bilməz. Nəticədə qərarı xalqımız verəcək”.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top