ABŞ-da daha bir atışma: ölən və yaralananlar var

DÜNYA 07 may 2023, 09:00
ABÇ-ın Çiko şəhərində (Kaliforniya) əyləncə mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli polisə istinadən ABC teleşirkəti məlumat yayıb.

Polis rəisi Billi Oldric telekanala bildirib ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları altı nəfəri güllə yarası ilə aşkar ediblər. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilsə də, 17 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

“Los Angeles Times”ın məlumatına görə, hadisə 14 000 tələbəsi olan Çikodakı Kaliforniya Universitetindən bir qədər aralıdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top