Malidə partlayış olub, BMT-nin 7 sülhməramlısı yaralanıb

DÜNYA 06 may 2023, 21:50
BMT-nin Malidəki missiyasının yeddi sülhməramlısı Afrika ölkəsinin mərkəzi hissəsində yola qoyulmuş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində yaralanıb.

Bu barədə missiyanın tviter səhifəsində bildirilir.

Hadisə Duenza şəhərindən 34 km şimalda baş verib.

Xəsarət alanlara lazımi tibbi yardım göstərilir. Yaralı sülhməramlıların kimliyi, o cümlədən milliyyətləri barədə məlumat verilmir.

Missiya 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb. Onun vəzifəsi Mali hakimiyyətinə ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində kömək etməkdir. Burada dünyanın hər yerindən 15 min hərbi qulluqçu xidmət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top