Qubada gəlin qayınanasını ağac parçası ilə DÖYDÜ

HADİSƏ 05 may 2023, 14:47
Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişə zəminində qayınanası Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 25-də baş verib. 

Aynurə həmin gün saat 21 radələrində yaşadıqları evin həyətində ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub. 

İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb: 

“Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”. 

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 18:46
Top