Seyran Səxavət: "Ən böyük arzumdur ki, cənab Prezident Əjdər Olu əfv etsin"

ƏDƏBİYYAT 04 may 2023, 18:58
Bu ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamı olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da hazırlıq prosesinə başlayıb. 

Tanınmış yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət Demokrat.az-a açıqlamasında bildirib ki, bu ilki Əfv Sərəncamından gözləntiləri böyükdür: 

"Onun məndə çox qısa cavabı var. Gözləmək biraz çox ağır şeydir. Sadəcə olaraq, Əjdər Olun əfv olunmasını istəyirəm. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətindədir. Ən böyük arzumdur ki, cənab Prezident Əjdər Olu da əfv etsin".

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. 


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top