ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə uçot dərəcəsini artırıb

DÜNYA 03 may 2023, 23:35
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsini 25 baza bənd (0.25%) artırmaqla 5,25%-ə qaldırıb.

Demokrat.az xəbər verir ki, FED bu qərarı ölkədə üç bankla bağlı böhran ərəfəsində verib.

FED-in faizləri bundan əvvəl 4,75% - 5,00% aralığında olub.

Qeyd edək ki, bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır.

Faiz dərəcələri 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top