Bu il su hövzələrində 637 ədəd sintetik tor aşkar edilib

SOSİAL 03 may 2023, 18:51
Ölkənin su hövzələrində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı 2023-cü ilin 4 ayı ərzində 30459 metr uzunluğunda 637 ədəd sintetik tor aşkar edilərək götürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən ilin analoji dövründə isə 19352 metr uzunluğunda 375 ədəd sintetik tor yığışdırılıb. Bu isə ötən illə müqayisədə 11107 metr uzunluğunda 262 ədəd daha çox sintetik tor deməkdir.

Qeyd edək ki, son 3 il ərzində Nazirliyin aidiyyəti qurumları tərəfindən su hövzələrindən ümumilikdə 182459 metr uzunluğunda 3236 ədəd sintetik tor yığışdırılaraq zərərsizləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top