ŞOK QƏRAR: Radara düşən sürücünün cəriməsi ləğv edildi — VİDEO

HADİSƏ 03 may 2023, 14:29
Bakı-Şamaxı-Yevlax yolunda radara düşən sürücünün cəriməsi ləğv edilib. Radara düşən sürücü bu barədə Avtosfer.az-a məlumat verib. O bildirir ki, idarə etdiyi "Chevrolet Cruze” markalı avtomobillə sözügedən yolda hərəkət edən zaman qarşıdan gələn yol polisi avtomobilinin üzərindəki radara düşüb. Cərimənin düzgün yazılmadığını iddia edən sürücü yaşadığı Göyçay rayon Məhkəməsinə müraciət edib. O, yol patrul xidməti əməkdaşının bilərəkdən yolda aşağı sürətlə hərəkət edən iriqabaritli nəqliyyat vasitəsinin arxasında gizlənərək cərimə yazmasını əsas gətirib və bu səbəbdən də cərimənin qanunsuz olmasını bildirib.

Göyçay rayon Məhkəməsinin hakimi  İbrahim Fəttahovun sədrliyi ilə keçirilən məhkəmə zamanı sürücünün şikayəti təmin edilib. Hakim qərarda qeyd edib ki, sürücü Əsədullayev Ülvi Famil oğlu martın 22-də idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsilə Bakı-Şamaxı-Yevlax yolunun 198-ci kmdə (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Bu səbəbdən də sürücü barəsində tərtib edilmiş elektron qərar xitam olunub.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top