Büdcəyə yenidən baxılacaq: Bu sahələrə pul ayrılacaq

MALİYYƏ 24 apr 2023, 21:07
2023-cü ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə yenidən baxılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə “Ölkə.Az”-a hökumətdəki qaynaqlardan məlumat verilib.
Büdcəyə yenidən baxılacaq: bu sahələrə pul ayrılacaq - EKSKLÜZİV 
Mənbənin sözlərinə görə, bununla bağlı dövlət başçısı hökumətə xüsusi tapşırıq verib və onun əsasında büdcəyə əlavələr ediləcək. 

O bildirib ki, büdcəyə  təqribən 3 mlrd manat həcmində əlavənin edilməsi gözlənilir. 

“Hazırda 2023-cü ilin dövlət büdcəsinin dürüstləşdirilməsi üzərində iş gedir və  yekunlaşma mərhələsindədir. Büdcə üzərində iş yaxın vaxtlarda bitəcək və ölkə başçısına təqdim olunacaq. Ondan sonra isə Milli Məclisə göndəriləcək. Çox güman ki, may ayında 2023-cü il dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”, - o qeyd edib.

Büdcənin dürüstləşdirilməsini zəruri edən amillərə toxunan mənbə bildirib ki, cari ilin 3 ayının yekunlarına görə  büdəcəyə  proqnozda nəzərdə tutulduğundan 1,5 mlrd manat  artıq əlavə vəsait toplanıb.

“İlin sonunadək bu rəqəmin bir neçə dəfə artacağından büdcəyə baxılmanı zəruri edir. Büdcəyə əlavə oluancaq vəsaitin böyük bir qismi Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eyni zamanda ordu quruculuğuna, müəyyən bir  qismi isə ölkədə  əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, bəzi layihələrin icrasına  yönəldiləcək”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manat, xərcləri 33 353 278,0 min manat həcmində təsdiqlənib.

Yeni əlavələrdən sonra büdcə xərcləri təqribən 36 mlrd manat təşkil edəcək. Bu da  rekord büdcə həcmi olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top