Zaqatalada zəlzələ olub

HADİSƏ 24 apr 2023, 16:25
Bu gün saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3,7 olan yeraltı təkan 10 km dərinlikdə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top