"İkinci Qarabağ Müharibəsi nəticəsində kişisiz qalan ölkə artıq qadınları hərbi xidmətə çağırmaq istəyir" — Deputat

HADİSƏ 22 apr 2023, 22:33
“Ermənistanın hərbi- siyasi rəhbərliyi papağını, əgər, o varsa, qarşısına qoyub düşünməlidir ki, Azərbaycana qarşı təxribatlar odla oynamağa oxşayır”.

Demokrat.az xəbər verir ki, bu sözləri  millət vəkili Elman Nəsirov deyib. Millət vəkili qeyd edir ki, Azərbaycan – Ermənistan müharibəsi bitsə də, Ermənistan iki istiqamətdə Azərbaycana qarşı müharibə aparmaqda davam edir:

“Bunlardan birincisi informasiya – ideologiya müharibəsi, ikincisi mina müharibəsidir. Hər iki istiqamətdə Ermənistanın təxribatları intensivləşməkdədir. Bir yandan Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən bəhs edir. O, Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayır. Bir tərəfdən isə onun sifarişi ilə Azərbaycana qarşı təxribatlar artır. Şuşada Ermənistanın basdırdığı minanın partlaması nəticəsində 3 hərbçimiz yaralanıb. Eyni zamanda Rusiya sülhməramlılarının müşahidəsi altında Azərbaycan ərazilərinə qanunsuz silah daşınması davam edir. Ermənistan sülhdən danışırsa, onda bu müharibəyə hazırlıq nədir?! İkinci Qarabağ Müharibəsi nəticəsində kişisiz qalan ölkə artıq qadınları hərbi xidmətə çağırmaq istəyir. Ermənistan hərbi- siyasi rəhbərliyi bilməlidir ki, Müzəffər Ali Baş Komandan, yenilməz Ordu və ” Dəmir Yumruğ”a çevrilmiş xalqımız yenə birlikdədir. Cənab Prezidentin qeyd etdiyi kimi bu gün Azərbaycan Ordusu 2020- ci ildəki ordudan da güclüdür. Ən müasir silah sursata malikdir. Hərbçilərimizdə döyüş ruhu pik həddədir. Belə olan vəziyyətdə Ermənistanın hərbi- siyasi rəhbərliyi papağını, əgər, o varsa, qarşısına qoyub düşünməlidir ki, Azərbaycana qarşı təxribatlar odla oynamağa oxşayır”./news365.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top